Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb


Digərləri 21 Yan 2022 15:10:00 109 0

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara "Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair" Tədbirlər Planının hazırlanması tapşırılıb.

Nazirlər Kabinetindən Son.az-a verilən məlumata görə, artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib. İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir.