AzərbaycanErmənistan sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir


Dünya 21 Yan 2022 13:34:00 131 0

AzərbaycanErmənistan sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir

Bu gün qarşıda duran prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınması, eləcə də regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu istiqamətlərdə inkişafın əldə olunması Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasında ciddi irəliləyişə nail olmağa imkan verəcək.

"Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların tam reallaşdırılmasının zərurətini rəhbər tuturuq" - bəyanatda deyilir.