"Onu necə bağışlayım?"


Şou-biznes 21 Yan 2022 13:42:00 176 0

"Onu necə bağışlayım?"

Müğənni Tunar Rəhmanoğlu bəstələrinin qiymətini açıqlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Səhər mərkəzi" proqramında danışıb.

"Əgər əlimdə yaxşı iş varsa, qiyməti də dəyərlidir. 5 min manata da mahnı satmışam. Türkiyədə isə 3 min dollara bəstə satmışam" deyə, Tunar söyləyib. 

İfaçı instaqram səhifəsini həyat yoldaşının işlətdiyini də gizlətməyib:

"Əvvəl marağım var idi, indi yox. Hər kəsi izləyirəm, amma paylaşımlar etmirəm. Mənfi rəylərə pis oluram. Pis-pis şeylər yazırlar. Zəng edirsən, deyir, mən deyiləm. Tapıram mənfi rəy yazanları. Lazım deyil, insanların həyatıyla oynamaq olmaz. Deyirsən, niyə yazırsan? Başlayır, bağışla. Necə bağışlayım, elə şey olar? Düşünmək lazımdır ki, şərhi oxuyub, necə əsəb yaşayırsan. Adama həmin an elə hirs gəlir ki, travma ala bilərsən".