COVİDin sonu: Britaniya peyvənd, maska məcburiyyətini götürdü


Dünya 21 Yan 2022 13:48:00 94 0

COVİDin sonu: Britaniya peyvənd, maska məcburiyyətini götürdü

Böyük Britaniyanın Baş naziri Boris Conson Britaniya parlamentində çıxışı zamanı omikron ştammının aşkarlanması kontekstində tətbiq edilən əksər koronavirus məhdudiyyətlərinin götürüldüyünü bəyan edib. 

"Gələn həftədən tətbiq edilmiş qaydalar tətbiq edilməyəcək. Hökumət bəzi ictimai tədbirlərə və gecə klublarına baş çəkərkən tam peyvənd sertifikatının göstərilməsi ilə bağlı məcburi tələbi və tövsiyəni ləğv edir. İşəgötürənlər üçün işçiləri distant işlətmək tövsiyyəsi qüvvəsini itirir. Bundan əlavə, "hökumət artıq qapalı yerlərdə və ictimai nəqliyyatda maskaların məcburi taxılmasını tələb etməyəcək".

Beləliklə, yanvarın 27-dən etibarən məcburi peyvənd başa çatacaq, baxmayaraq ki, müəssisələr bundan könüllü şəkildə istifadə etmək qərarına gələ bilərlər.

Son.az aviatravel.az-a istinadən bildirir ki, işçilərin işə geri çağırılmasına icazə verildi.

Hökumət artıq heç bir yerdə üz maskalarının taxılmasını tələb etməyəcək. Siniflərdə maskalar tələb olunmayacaq və Təhsil Nazirliyi onların ictimai yerlərdə istifadəsi ilə bağlı tövsiyələri qısa müddətdə azaldacaq.

Covid pasportları ləğv edilir.