Demetlə Kərəm tərəf müqabili oldu


Şou-biznes 21 Yan 2022 03:46:00 159 0

Demetlə Kərəm tərəf müqabili oldu

Türkiyəli aktrisa Demet Özdemir yeni layihədə yer almağa hazırlaşır.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa həmkarı Kərəm Bürsinlə birgə obyektiv qarşısına keçəcək. İkili "Disney plus"da yayımlanacaq serialda baş rollara həyat verəcək.

Demetin bir müddət əvvəl aktrisa Hande Erçeli qısqanclıq səbəbindən instaqramda izləmədən çıxarması iddiasının ardından bu əməkdaşlıq izləyiciləri ikiyə bölüb. Bəziləri iki tərəf müqabilini bir-birinə yaraşdırmasa da, digərləri bunu yeni münasibətin başlanğıcı kimi qiymətləndirib.

Demetlə Kərəmin tərəf müqabili olmasına gələn şərhlər arasında "Heç yaraşmadılar", "Xeyirli olsun, yeni eşq gəlir", "Əlvida, Hande", "Yox, bu ola bilməz, Kərəm, sənə başqa tərəf müqabili yoxdur?!" "Dünən Demet Handeni qısaqanır demişdilər. Ondan sonra bunun olması təəccüblüdür" yer alır.