Şentop 20 Yanvar şəhidlərinin xatirəsini yad edib


Siyasət 20 Yan 2022 20:43:00 112 0

Şentop 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop özünün "Twitter" hesabında paylaşım edib.

"Qardaş Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərini hörmət və rəhmətlə yad edirəm.

20 Yanvar qəhrəmanlarının əziz xatirələri xalqımızın qəlbində, yaddaşında əbədi qalacaqdır", - deyə M.Şentop qeyd edib.