Dəri quruluğunun yaranma SƏBƏBLƏRİ:


Digərləri 20 Yan 2022 18:22:00 119 0

Dəri quruluğunun yaranma SƏBƏBLƏRİ:

Dəri ilə bağlı ən çox rast gəlinən problemlərdən biri onun quruluğudur. Bu xüsusilə qış aylarında daha da artır. Çünki soyuq hava dərinin nəmliyini azaldır. Bundan əlavə, dəridəki quruluq qaşınmaya, dərinin qalınlaşmasına, qıcıqlanmalar və müxtəlif infeksiyalara gətirib çıxara bilər. Dəri qalınlaşdıqda onun rəngi də dəyişir. Qaşınması isə ekzemaya səbəb olur. Cavan yaşlarda bunlar ciddiyə alınmasa, yaşlandıqda digər problemlər də yarada bilər.

Bəs, dəri quruluğunun qarşısını necə ala bilərik ?  

Son.az Lent.az-a istinadən xəbər verir ki, isti su dəri quruluğunu artıran ən vacib faktorlardan biridir. Çalışın üzünüzü ilıq su ilə yuyun. 

Yuma zamanı tərkibi yağlı olan şampunlardan istifadə edin. 

Hər duşdan sonra üzünüzü və bədəninizi yaxşıca nəmləndirin. 

Dərini təmizləmək üçün PH səviyyəsini özündə saxlayan məhsulları seçin. 

İsti havalarda günəşə qarşı qoruyucu kremdən istifadə etməyə üstünlük verin. Çalışın gün işığına çox məruz qalmayın.