“Bakımız sanki diridiri yandırılmışdı”: 20 Yanvar faciəsinin şahidi ilə müsahibə


Digərləri 20 Yan 2022 17:30:00 93 0

“Bakımız sanki diridiri yandırılmışdı”: 20 Yanvar faciəsinin şahidi ilə müsahibə

20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 minlik sovet ordusu Bakı və Sumqayıta şəhərlərinə daxil oldu.

Hərbi müdaxilə nəticəsində 147 dinc sakin həlak olub, 744 nəfər yaralanıb.

Həmin dəhşətli gecədə günahsız dinc sakinlər zərər çəkdi.

Qanlı gecənin şahidlərindən biri də Zaqafqaziya Hərbi Dairəsinin Bakı qarnizonunun Hərbi Prokurorluğunun keçmiş əməkdaşı Lalə Rzayeva olub.

Son.az bildirir ki, Media.az onunla həmin dəhşətli gün barəsində danışıb:

O zaman artıq mənim 22 yaşım tamam olmuşdu, uşaqlarım var idi. Böyük qızım üç yaş yarım, kiçiyi altı aylıq idi. Biz Zahid Xəlilov küçəsində, Bakı Ali Hərbi Məktəbindən bir qədər aralıda, "Salyan kazarma"sının yanında yaşayırdıq. Anam isə hərbi şəhərcikdə uşaq bağçasının müdiri idi.

Qeyd olaraq:

Yanvarın 15-də Moskvada Mixail Qorbaçovun sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası keçirilməli idi. Həmən gün Bakıda Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağ Muxtar Vilayəti və sərhədyanı rayonlarda fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiq etməli olan iclası baş tutmalı idi. Bakı iclasında kvorum (yetərsay, yetərsəs .red) olmadığından qərar da qəbul edilmədi. Lakin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov və onun kimiləri isə məlumatları saxtalaşdıraraq, kvorumun baş tutduğunu və fövqəladə vəziyyətin tətbiqinə icazə verildiyini bəyan etdilər. SSRİ Ali Sovetinin Rəyasət Heyəti saxta sənəd əsasında Azərbaycan Respublikası ərazisində fövqəladə vəziyyətin tətbiqi haqqında qərar qəbul etdi.

Artıq yanvarın 19-da hərbi şəhərciklərin yaxınlığında barrikadalar qurulmuşdu. Müəyyən bir gərginlik hiss olunurdu.

Şayiələr yayıldı ki, sovet qoşunları Bakıya daxil olub şəhəri işğal edəcəklər. Səhər məhkəmə eksperti işləyən dostum mənə zəng etdi, məndən və qohumlarımdan evdən çıxmamağımızı istədi.

Ondan nə baş verdiyini soruşdum, cavab vermədi. Sadəcə, hamımızı evdə qalmağa təkid etdi. Qeyd edək ki, bütün kriminalistlər işə getməyə məcbur edildilər.

Eyni zamanda bizim hərbçilər anama xəbərdarlıq etmiş, o isə öz növbəsində evə zəng edərək bizə evi tərk etməməyi tapşırmışdı. Təkrar edim ki, şəhərdə gərginlik hökm sürürdü. Hiss olunurdu ki, nə isə olacaq, amma heç kim bunun nə olacağını təxmin etmirdi.

- Əlbəttə, tankların mülki şəxslərə atəş açacağını necə təsəvvür etmək olardı?

Təbii ki, bunu heç kim gözləmirdi. Yanvarın 19-da anam evə axşam saat 6-da gəldi.

Uşaqlara dayə baxırdı, ərim isə ezamiyyətdə idi: ya Minskdə, ya da Leninqradda (indiki Sankt-Peterburq) idi.

Səhər bizimlə eyni binada yaşayan qohumumla birlikdə ərimi qarşılamaq üçün hava limanına getməli idik.

Yanvarın 19-u axşam saat 9-da qohumum Şəfiq Ağasının evdən getdiyini öyrəndim. Uşaqları yatızdırıb, başqa bir qohumum Mehranla birlikdə onu axtarmağa getdik. Elə bu vaxt gördük ki, televiziya studiyasının qarşısına insanlar toplaşıb.