Eurocontroldan turizmin bərpasına dair optimist proqnoz
Dünya 20 Yan 2022 16:52:00 74 0
Hava nəqliyyatı sahəsi və onunla birlikdə turizmin bərpası ilə bağlı 2022-ci il üçün daha bir optimist proqnoz bu dəfə Eurocontrol tərəfindən səsləndirilib. Avropa hava naviqasiya təhlükəsizliyi təşkilatının analitikləri, koronavirusla bağlı vəziyyət yaxşılaşdıqdan sonra 2022-ci ildə sürətli bərpanın 2019-cu ildə hava səyahəti səviyyəsinə yaxın olacağını proqnozlaşdırırlar. Agentliyin məlumatına görə, Avropada hava nəqliyyatı keçən ilin sonuna qədər, AB-də omikron virusu yayılanadək davamlı olaraq bərpa edilib və yayda 2019-cu ildə pandemiyadan əvvəlki səviyyənin 70%-nə çatıb.
Bu xəbəri də oxu: Bütün dünya liderləri çalışır, Putin razı deyil!
Son.az aviatravel.az-a istinadən bildirir ki, əlavə məhdudiyyətlərə baxmayaraq, dekabr ayı trafiki 2019-cu ilin eyni ayının 78%-nə yaxındır.
"Omikron variantı ilə bağlı problemlər səbəbindən vəziyyət çətin olaraq qalır. Bu, bir çox Avropa aviaşirkətini yanvar ayında tutumunu 30%-ə qədər azaltmağa məcbur edir. Pandemiya səbəbindən uçuşlar da ləğv edilir. Lakin vəziyyət yaxşılaşdıqdan sonra biz tez bərpa və 2019-cu ilin trafik səviyyəsinə qayıdış gözləyirik" Eurocontrol-un baş meneceri Eamonn Brennan bildirib. O, həmçinin qeyd edib ki, loukosterlər bu yay ənənəvi daşıyıcılardan daha sürətli bərpa olunub, bəziləri artıq avqust ayından 2019-cu ilin səviyyəsində fəaliyyət göstərir. Beləliklə, Ryanair ili ən yüksək sərnişin tələbatına malik Avropa daşıyıcısı kimi başa vurub və tutumunu "ilin son aylarında 2019-cu il səviyyəsinin 100%-dən çoxuna" yüksəldib. Bunun əksinə olaraq, dekabr ayında easyJet uçuşları 2019-cu illə müqayisədə hələ də 33%, British Airways uçuşları isə 46% azalıb. 2021-ci ildə Avropa üzrə ümumi trafik 2019-cu ilin səviyyəsinin 56%-ni təşkil edib.
2021-ci ilin dekabrında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınm

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində naməlum silahlı şə

2022-ci ilin mart-aprel aylarında ABŞ və NATO ölkələri "Cold Response

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati sosial şəb

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkil

Rusiyada Soçi - Samara reysi ilə uçan təyyarədə təhlükəli anlar yaşan

Lerik Rayon Polis Şöbəsinə yanvarın 18-də Şinəband kənd sakini L.Balaki

Son.az amerikalı siyasi analitik Endryu Korıbkonun Axar.az-a müsahibəsini t

Gürcüstan parlamentinin sabiq sədri Kaxa Kuçava deputat mandatının ləğv

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar faciəsinin 32-ci i

Xəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış suların

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri, akademik Möhsün

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.

"Bu gün 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad olunub".
