Bu ölkədə ictimai yerlərə parçadan tikilmiş maska ilə getmək qadağan edilir


Dünya 20 Yan 2022 15:18:00 163 0

Bu ölkədə ictimai yerlərə parçadan tikilmiş maska ilə getmək qadağan edilir

Yanvarın 25-dən etibarən Latviyada ictimai yerlərə parçadan tikilmiş maska ilə getmək qadağan ediləcək, yalnız tibbi maska və ya FFP2 respiratorlarından istifadəyə icazə veriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 18-də hökumət COVID-19 infeksiyasının yayılmasının məhdudlaşdırılması məqsədilə epidemioloji təhlükəsizlik tədbirləri qaydalarına müvafiq düzəlişləri qəbul edib.

Bildirilib ki, bu tələb 7-12 yaşlı uşaqlara şamil edilmir: onlar təhsil müəssisələrində və ictimai nəqliyyatda parça maskalardan əvvəlkitək istifadə edə biləcəklər.

Latviyanın Səhiyyə Nazirliyi qeyd edir ki, tibbi maskaların effektivliyi digər materiallardan hazırlanan maskalardan daha yüksəkdir. Onların effektivliyi 90 faizə çatır. Parça maskalar tənəffüs zamanı kiçik hissəcikləri, o cümlədən virusları kifayət qədər saxlamır.