Ağdamda Şəhidlər Xiyabanı ziyarət olunub


Digərləri 20 Yan 2022 15:27:00 118 0

Ağdamda Şəhidlər Xiyabanı ziyarət olunub

"Bu gün 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad olunub".

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter" hesabında paylaşım edib.

"Həmçinin Ağdam rayonundakı Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizin məzarı ziyarət edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!",-deyə E.Hüseynov qeyd edib.