BakıŞamaxıYevlax yolu buzdan təmizləndi, hərəkət bərpa olundu VİDEO


Digərləri 20 Yan 2022 13:30:00 119 0

BakıŞamaxıYevlax yolu buzdan təmizləndi, hərəkət bərpa olundu  VİDEO

Bakı-Şamaxı -Yevlax avtomobil yolun yerləşdiyi ərazidə qarlı hava davam edir. Yolun 104 -124 kilometrlik hissəsində buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti Anar Nəcəflinin Trend-in sualına cavab olaraq bildirib ki, hazırda Şaxamı-Muğanlı və Muğanlı-İsmayıllı istiqamətində avtomobil yolunda qarın təmizlənməsi tədbirləri davam etdirilir. Qarın təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün texnika cəlb olunub.

"Agentliyə məxsus maşın-mexanizmlər və canlı qüvvə qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə iş aparır. Problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülüb.

AAYDA tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur. Hazırda da bu istiqamətdə işlər davam etdirilir".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bir daha idarə etdikləri avtonəqliyyat vasitəsi qış fəslinə, xüsusən də bu cür qarlı və şaxtalı havaya uyğun təchiz edilməyən sürücülərə mümkün dərəcədə yollara çıxmamalarını tövsiyə edir, - deyə A.Nəcəfli əlavə edib.

Qeyd edək ki, bu gün qarlı hava nəticəsində Bakı-Şamaxı -Yevlax avtomobil yolunda buzlaşma baş verib. Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib.