"Həmin gecə dünyamız altüst oldu" Əkbər Əlizadə


Digərləri 20 Yan 2022 13:36:00 143 0

"Həmin gecə dünyamız altüst oldu"  Əkbər Əlizadə

Əməkdar artist Əkbər Əlizadə 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyor həmin günü belə xatırlayıb:

"1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə. İndiyə kimi yadımdadır: 13 yaşım var idi. Şəhərin küçələrində insanlar yaşanacaq faciəni sanki bəri başdan hiss edib, narahatlıq yaşayırdılar. Atam o insanların arasında olduğundan evdə yox idi. Gözümüzə yuxu getmirdi. Şəhərə daxil olan tankların uğultusunu eşidəndə, dünyamız alt-üst oldu. O gecə şəhidlərimiz öz qanları ilə bizi azadlığa qovuşdurdular. Biz isə sağ ikən mənən ölüb, dirildik! O gün hər birimizin qan yaddaşına yazıldı".