Qar yolları bağladı, körpəyə görə təcili yardım


Dünya 20 Yan 2022 08:32:00 117 0

Qar yolları bağladı, körpəyə görə təcili yardım

Xəbər verdiyimiz kimi, Türkiyədə dünəndən yağan güclü qar bir sıra çətinliklər yaradıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, fəsadlardan biri də avtomobil yollarının bağlanması olub.

Yolların bağlı olmasına görə xəstələnən körpə Mersin şəhərindən Adana şəhərinə təcili yardım helikopteri ilə çatdırılıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca Tvitterdə görüntü paylaşıb.