ABŞ qapanmalara qayıtmaq niyyətində deyil Bayden


Dünya 20 Yan 2022 08:54:00 144 0

ABŞ qapanmalara qayıtmaq niyyətində deyil  Bayden

ABŞ ölkədə koronavirusun "omikron" ştammının yayılması səbəbindən karantin tətbiq etmək və məktəbləri bağlamaq praktikasına qayıtmaq niyyətində deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə prezindeti Co Bayden Ağ Evdə mətbuat konfransında çıxışı zamanı deyib.

C.Bayden qeyd edib: "Nəticədə, COVID-19 ilə bağlı indiyə qədər olduğumuzdan daha yaxşı vəziyyətdəyik, bir il əvvələ nisbətən daha yaxşı vəziyyətdəyik. Biz qapanmalara qayıtmayaq fikrində deyilik. Biz məktəbləri bağlamağı fikirləşmirik. Məktəblər açıq olmalıdır".