Jurnalistlər Makronun mətbuat konfransını


Dünya 20 Yan 2022 07:55:00 163 0

Jurnalistlər Makronun mətbuat konfransını

Fransa prezidenti Emmanuel Makronun mətbuat konfransı sual vermək qadağasına etiraz olaraq zalı tərk edən jurnalistlər olmadan keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, "(Makronun Avropa Parlamentindəki çıxışından) sonra keçirilməsi nəzərdə tutulan mətbuat konfransı sualsız bəyanata əvəz olunub. Avropalı jurnalistlər etiraz olaraq zalı konfrans başlamamış tərk ediblər.

Fransanın "CNews" telekanalının jurnalisti Loik Sinor "Twitter"də yazıb ki, media nümayəndələri sual vermək üçün bir neçə saatdır E.Makronu gözləyirlər.