"Instagram"da ödənişli abunəçilik də olacaq


Dünya 20 Yan 2022 07:15:00 130 0

"Instagram"da ödənişli abunəçilik də olacaq

"Instagram" sosial şəbəkəsi müəlliflərə eksklüziv paylaşımlardan pul qazanmağa imkan verəcək ödənişli abunə funksiyasının sınağına başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkəsinin rəhbəri Adam Mosseri bildirib.

Bəzi bloqçular indi bəzi növ paylaşımları (canlı yayımlar və Stories (hekayələr)) ödənişli edə bilərlər. Abunə üzvləri üçün onlar xüsusi bənövşəyi nişanla qeyd olunacaqlar.

Müəlliflər eksklüziv paylaşımlarına daxil olmaq üçün öz qiymətlərini qoya bilərlər. Ayda 0,99-dan 99,99 dollara qədər seçim üçün səkkiz fərqli qiymət səviyyəsi var.