Bu qayda ilə tez və asan arıqlayacaqsınız


Digərləri 20 Yan 2022 05:03:00 131 0

Bu qayda ilə tez və asan arıqlayacaqsınız

Müasir diyetoloqlar arıqlamaq üçün yeni qayda təqdim edirlər. Bu "stəkan qaydasıdır".

Bu pəhizdə heç bir məhdudiyyətlər yoxdur və insan istənilən yeməkləri yeyə bilər. Lakin 2 qaydaya əməl edilməlidir:

1. Gün ərzində 3-4 dəfə yemək yemək lazımdır. Hər dəfə 1 stəkana yerləşdirdiyi qədər yemək yemək olar. "Atıştırmalıq" (peçenye, çips, konfet və s.) qadağandır.  Son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır. Bu 1 stəkan kefir və ya qatıq ola bilər. Qatığa 1 çimdik darçın əlavə etmək olar. Darçın ən effektli "piy yandıran" ədviyyat sayılır və bir çox diyetoloqlar darçını öz pəhrizlərinə daxil edirlər.  

2. Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, pəhriz zamanı yalnız su və çay (qara və yaşıl çay, ot çayları) içilməlidir.  Şirin qazlı içkilər qadağandır. Yeməkdən 15 dəqiqə əvvəl hər dəfə 1 stəkan otaq temperaturunda olan su içilməlidir. Bu daha az yemək yeməyə kömək edir və həmçinin metabolizmi sürətləndirir.