Göyçay DYPyə yeni rəis təyin olundu


Digərləri 19 Yan 2022 19:32:00 141 0

Göyçay DYPyə yeni rəis təyin olundu

Göyçay rayon Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə baş leytenant Vüsal Həsənov Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.

V.Həsənov bu vəzifəyə qədər Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin tağım komandiri vəzifəsində çalışıb.