Kraliça ziyafətə qayınanasının geyimində qatıldı FOTO


Şou-biznes 19 Yan 2022 19:36:00 131 0

Kraliça ziyafətə qayınanasının geyimində qatıldı  FOTO

İspaniya kralı VI Filippin həyat yoldaşı, kraliça Letisiyanın sonuncu qatıldığı ziyafətdə geyindiyi libas maraq oyadıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, gecəyə qayınanası kraliça Sofiyanın geyindiyi paltarda qatılıb. Bu isə media işçilərinin diqqətindən qaçmayıb.

Letisiyanın nə üçün bu addımı atdığı müzakirələrə səbəb olub.

Qeyd edək ki, kraliça tüllü, çiçəkli kofta və yaşıl ətəkdən ibarət libası ilk dəfə 45 il əvvəl - 1977-ci ildə geyinib.