Şimali Koreyaya görə BMT iclas kecirəcək


Dünya 19 Yan 2022 08:49:00 101 0

Şimali Koreyaya görə BMT iclas kecirəcək

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi Şimali Koreyanın ballistik raket buraxılışlarının sayının artması ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Trend xarici KİV-lərər istinadən xəbər verir ki, iclas cümə axşamı bağlı qaöılar arxasında keçirilə bilər.

ABŞ-ın təşəbbüsü Albaniya, Böyük Britaniya, Fransa, İrlandiya və Meksika tərəfindən dəstəklənib.

Bundan əvvəl, ABŞ-ın BMT TŞ daimi nümayəndəsi Linda-Tomas Qrinfild The Washington Post qəzetinə müsahibəsində ölkəsinin KXDR tərəfdən raket sınaqları fonunda Şimali Koreyaya təzyiqi artıracağını və bu mövzunu BMT Təhlükəsizlik Şurasında qaldırmağa davam edəcəyini bildirmişdir.