Somalinin paytaxtında terrorçukamikadzenin hücumu nəticəsində azı 6 nəfər ölüb


Dünya 19 Yan 2022 08:16:00 111 0

Somalinin paytaxtında terrorçukamikadzenin hücumu nəticəsində azı 6 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadzenin hücumu nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli polis departamenti yayıb.

Qeyd olunur ki, belinə partlayıcı jilet geyinmiş kamikadze özünü hərbi təlim düşərgəsinin yaxınlığında yerləşən restoranda partladıb.

Yaralıların xəstəxanaya çatdırılması üçün xilasetmə işləri davam etdirilir. Partlayış nəticəsində restoranın damı uçub.

Terror aktında görə məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməyib.