Bakıda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır


Digərləri 19 Yan 2022 07:28:00 120 0

Bakıda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Bakının Xəzər rayonunda yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Osmanov Elsəvər Durmuş oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı sağ budun sınığı və ağır kəllə beyin travması alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.