Gürcüstanda COVID19a yoluxmaların yarısı “Omikron”nun payına düşür


Dünya 19 Yan 2022 04:44:00 115 0

Gürcüstanda COVID19a yoluxmaların yarısı “Omikron”nun payına düşür

Gürcüstanda COVID-19-a yoluxma hallarının yarısı "Omikron"un payına düşür. Belə ki, indiyədək Gürcüstanda 1 200 nəfərin koronavirusun "Omikron" ştamına yoluxduğu müəyyən edilib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinqdə məlumat verib.

Onun sözlərinə görə, yeni ştama yoluxanların yalnız 14-ü xəstəxanaya yerləşdirilib və bu, aşağı göstərici hesab olunur: "Omikron"a yoluxanların əksəriyyəti tam vaksin olunanlardır və hospitalizasiya səviyyəsinin aşağı olması bununla izah edilir".

Qeyd edək ki, Gürcüstanda "Omikron"a ilk yoluxma faktı ötən il dekabrın 20-də təsdiqlənib.