Avroviziyada püşkatma nə vaxt olacaq?


Şou-biznes 18 Yan 2022 20:24:00 197 0

Avroviziyada püşkatma nə vaxt olacaq?

66-cı Avroviziya Mahnı Müsabiqəsinin püşkatma mərasimi yanvarın 25-i İtaliyanın Turin şəhərindəki "Palazzo Madama"da keçiriləcək.

Son.az olay-a istinadən xəbər verir ki, püşkatma ilə yanaşı, açarların təhvil verilməsi mərasimi də keçiriləcək və gecənin aparıcıları Karolina di Domeniko və Qabriele Korsi təqdim edəcək.

Tədbirdə Rotterdam şəhərinin meri Əhməd Aboutaleb və Turin meri Stefano Lo Russo iştirak edəcək.

Püşkatma Avroviziyanın rəsmi yutub səhifəsində və İtaliyanın RAI dövlət kanalında canlı yayımlanacaq.