Həkim 63 yaşlı qadını səhv əməliyyat edib?


Digərləri 18 Yan 2022 19:24:00 113 0

Həkim 63 yaşlı qadını səhv əməliyyat edib?

Kürdəmirdə bir şəxs iddia edir ki, həkim onu səhv  əməliyyat edib. Kor bağırsaq sancıları ilə xəstəxanaya müraciət etsə də, həkim tərəfindən öd kisəsi götürülüb. Hətta bu azmış kimi xəstənin daxilində əməliyyat zamanı tibbi vasitələr qaldığı da iddia olunur. Səslənən iddialara xəstəxananın baş həkimi də münasibət bildirib.

Ağrılarından qutulmaq üçün əməliyyat oldu,ancaq vəziyyəti dahada ağırlaşdı. 

Söhbət Kürdəmir rayon Ərşəli kənd sakini 63 yaşlı Zeynəb Hüseynovadan gedir... 

O, 2020-ci ildə qrın boşluğunda olan kəskin sancılarla rayon ərazisində olan AS özəl kilinikasına müraciət edib. Xəstənin sözlərinə görə, müayinə zamanı ona  kor bağırsağında-apendisitində  iltihabın olduğu və bunun dərhal əməliyyat olunması deyilib.Əməliyyat Klinikanın baş həkimi Ağamir Ağayev tərəfindən olunub. Qadının iddiasına görə həkim onu səhv  əməliyyat edib.

Əməliyyatdan  bir neçə ay keçsədə Zeynəb Həsənovanın ağrıları yenidən kəskinləşib.Buna  görə o, yenidən adı çəkilən kilinikaya müraciət edir. Bu zaman onu  2-ci dəfə əməliyyat ediblər. Zeynəb Hüseynova  iddia  edir ki,əməliyyatdan sonra onun bədənində tibbi bint qalıb. 

Məsələ ilə bağlı Kilinikanın rəhbəri və həkim cərrahı Ağamir Ağayev səslənən iddalara belə cavab verdi.