"O hadisə mənim başıma gəlsəydi bilmirəm, o qadın indiyə sağ qalardı ya yox?"


Şou-biznes 18 Yan 2022 18:00:00 163 0

"O hadisə mənim başıma gəlsəydi bilmirəm, o qadın indiyə sağ qalardı ya yox?"

"Tərbiyəçinin uşağa zor tətbiq etdiyi videonu izləyəndə dəhşətli dərəcədə əsəblərim pozuldu. Onsuz da mən əsəbiyəm, şiddətə qarşı isə çox zəifəm. İstər heyvana, istər ağaca, ümumiyyətlə Allahın yaratdığı canlılara qıyan insanlar mənim gözümdə insan deyil, onun qanı da elə bilirəm ki, bizə halaldır"

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Əminə Şirin deyib. O daha sonra əlavə edib.

"Bu hadisə bir çox müğənnilərə mövzu oldu. Hərəsi bir kameranı qarşısına qoyub çəkdi ki, bunun yerin-yurdun bilən var? Sənə belə təsir edibsə sakitcə get, yerini tap, sözünü üzünə de. Nədir də bu kameranı qarşınıza qoyub çəkirsiniz? Onlara da bir hay lazım idi. Adamın əti tökülür. Sözün düzü düşündüm ki, görəsən o qadını axtarıb tapıb, qarşımda otuzdurum? Sonra fikirləşdim ki, hər şey qalacaq kənarda, mən özümü həmişəki kimi işə salacağam. Valideynlərimə, ailəmə görə çox şeylərin üstündən keçməyə məcbur oluram. O hadisə mənim başıma gəlsəydi bilmirəm, o qadın indiyə sağ qalardı ya yox? Bunu tam səmimiyyətimlə deyirəm, buna Allah şahiddir" deyə müğənni bildirib. Son.az