“Məni hərbi komissarlıqdan qovdular”


Şou-biznes 18 Yan 2022 17:18:00 119 0

“Məni hərbi komissarlıqdan qovdular”

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni  Cavad Rəcəbov olub. Son.az xəbər verir ki, ifaçı dil qüsuruna görə əsgərliyə gedə bilməməsini deyib: "5 yaşım olanda qızılca xəstəliyi keçirmişəm. Möhkəm soyuqlayıb sətəlcəm oldum. Aldığım güclü müalicənin əks təsirləri də oldu. Məndə pəltəklik yarandı. 10-cu sinifə qədər sərbəst danışa bilmirdim. Danışmaq istəyəndə gərək bir yeri tutub, sıxıb danışardım. Orta məktəbdə dərsləri oxuya-oxuya danışardım. Oxuyanda heç nə bilinməzdi. Əsgərlik yaşım gəldi. Lənkərandan dedilər ki, biz sənə birbaşa yararsız yaza bilmərik. Məni Biləcəriyə göndərdilər. Evdə sağollaşıb gəldim Biləcəriyə. Qapını açıb içəri girdim. Komissiya üzvləri əyləşmişdi. Adımı soruşdular. Başladım kəkələməyə. Stolu tutub başladım sıxmağa. Stolun üzərində mürəkkəbqabı vardı. O aşdı. Komissiya üzvləri də əsəbiləşdi. Dedilər, bunu bura kim göndərib? Rədd edin bunu buradan! Beləliklə, mən yararsız hesab edildiyim üçün əsgərliyə gedə bilmədim".

Son.az