İranlı boksçu edam ediləcək


Digərləri 18 Yan 2022 16:24:00 105 0

İranlı boksçu edam ediləcək

İranlı boksçu Məhəmməd Cavad Vəfai-Sani ölüm cəzasına məhkum edilib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə İranda insan haqları üzrə Norveç qeyri-hökumət təşkilatıa istinadla məlumat yayılıb.

Vəfai-Sani 2019-cu ilin noyabr iğtişaşları zamanı hökumət binalarını yandırmaqda və dağıdmaqda günahkar bilinib. İdmançı 2020-ci ilin fevralında saxlanılıb. İranın maraqlarının təmsilçisi Babək Pakniya hökmdən apelyasiya şikayəti vermək niyyətindədir.