Ağsaqqal və böyüklərə hörmət əlaməti olaraq ata demək


Digərləri 16 Yan 2022 23:20:00 186 0

Ağsaqqal və böyüklərə hörmət əlaməti olaraq ata demək

Bu məsələdə bir problem yoxdur. Çünki ata sözü insanın öz atasına deyildiyi kimi hörmət edilən böyüklərə də deyilə bilər. Yəni, adət-ənənəyə əsasən bir şəxsin öz atası yaşda olanlara ata deməyi bu mənim doğma atamdır mənasında deyil, əksinə, onlara hörmət üçün deyilmiş bir sözdür. Başqa sözlə, ər-arvadın bir-birinin ata-anasına yaxud ata-anası haqqında "atam" və "anam" deməyində bir problem yoxdur. Peyğəmbərimizin (ə. s.) qadağan etdiyi şey odur ki, bir insan öz atasını inkar edib başqa bir şəxsin övladı olduğunu iddia etsin.