Daban çatları TƏBİİ


Digərləri 16 Yan 2022 22:01:00 111 0

Daban çatları  TƏBİİ

Daban çatları zamanı insanlar iltihabi prosesləri aradan qaldırmaq, duzları əritmək və ağrını yüngülləşdirmək üçün müxtəlif krem, maska, kompresslərdən istifadə edirlər.

Son.az aztibb.az-a istinadən daban çatlarının təbii yolla müalicəsini təqdim edir:

Ayaqlarınızı ilıq suda yuduqdan sonra, vazelin ilə limon suyundan əldə edəcəyiniz qarışığı daban çatlarınıza yüngül bir masajla sürtün.

Yatmazdan əvvəl ayaqlarınızı ilıq sabunlu suyun içərisində 20 dəqiqə gözlədib quruladıqdan sonra, zeytun yağı ilə ayağınızı ovun və pambıqlı corab geyinərək səhərə qədər gözlədin. 2 həftə içində faydasını gözlə görə biləcəksiniz.

Əlavə maskalar

Bərabər miqdarda limon suyu və qliserin qarışığı da dabanlarınızdaki dərinin yenilənməsini təmin edir.

Soyuq suyun üzərinə alma sirkəsini əlavə edib, ayaqlarınızı qoyun. Dabanlardakı çatları yavaş-yavaş daban daşı ilə sürtün.

Bu müalicələr sayəsində çətinlikdən asanlıqla xilas ola bilərsiniz. Ancaq daban çatlarının əmələ gəlməməsi üçün bir sıra məqamlara diqqət yetirilməlidir. Bu səbəblə bütün gün bizi daşıyan, ayaqqabı içərisində sıxışan, yorulan və əziyyətimizi çəkən ayaqlarımıza mütləq gündəlik baxmalıyıq. Gündəlik baxım laqeydliyi, həm kişilərdə, həm qadınlarda bu çətinliyi istər-istəməz yaradacaq.