Melisadan eşq iddialarına cavab FOTO


Şou-biznes 16 Yan 2022 18:36:00 140 0

Melisadan eşq iddialarına cavab  FOTO

"Aşk mantık intikam" serialına vida etməyə hazırlaşan aktrisa Melisa Döngəl Fənərbaxça klubundakı futbolçu Xose Soda ilə sevgili olduqları haqda çıxan xəbərlərə münasibət bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa jurnalistlərə müsahibəsi zamanı yayılan məlumatların doğru olmadığını deyib:

"Dostumdur, münasibətim olsa, gizlətməzdim. Əlini tutub, qarşınıza çıxardım. Həyatımda heç kim yoxdur. Hazırda sənətimlə məşğulam. Eşq və ya münasibət üçün tələsmirəm. Eşq bir gün gəlib məni tapar".