28 yaşlı reper güllələndi FOTO


Şou-biznes 16 Yan 2022 15:45:00 331 0

28 yaşlı reper güllələndi  FOTO

"Wavy Navy Pooh" ləqəbi ilə tanınan reper Şendler Boben güllələnərək öldürülüb.

Son.az axşam.az-a istinadən bildirir ki, hadisə ötən gün, ABŞ-nin Mayami şəhərində axşam saatlarında baş verib. 28 yaşlı reper "Toyota Camry" markalı avtomobilini idarə edibmiş. Bu zaman "Lexus" maşını ilə onu təqib edənlər Şendleri döngədə pusquya salıb və qətlə yetirib.

Hadisə zaman avtomobildə olan 1 və 5 yaşlı uşaqlar, eyni zamanda adı açıqlanmayan qadın hər hansı xəsarət almayıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.  

Qeyd edək ki, reper iki il əvvəl də avtomobildə olarkən ayağından vurulub.