Oğlu intihar edən müğənni özünü öldürmək istədi FOTO


Şou-biznes 16 Yan 2022 15:15:00 231 0

Oğlu intihar edən müğənni özünü öldürmək istədi  FOTO

Məşhur irlandiyalı müğənni Şineyd O'Konnorun 17 yaşlı oğlu intihar etdikdən sonra sənətçi də özünü öldürmək qərarına gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə o sosial şəbəkədə yazıb. Onun bu sözlərindən sonra polisə gətirilən ifaçının ifadəsi alınıb və dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda psixoloji vəziyyəti ağır olan Şineydin bir müddət xəstəxanada qalacağı deyilir.

Qeyd edək ki, Şineydin oğlu Neviim də bir müddət öncə müalicə olunmaq üçün klinikaya yerləşdirilsə də, oradan qaçmışdı. Bundan sonra ifaçı sosial şəbəkə hesablarında onun itkin düşməsi ilə bağlı axtarış elan etmişdi. Yanvarın 8-də isə Neviimin cəsədi polis tərəfindən aşkarlanmışdı.