Şamaxıda anaları COVİD olub xəstəxanaya yerləşdirilmiş körpələrin acınacaqlı halı


Digərləri 16 Yan 2022 13:50:00 199 0

Şamaxıda anaları COVİD olub xəstəxanaya yerləşdirilmiş körpələrin acınacaqlı halı

13:50

Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar. İlkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.

--------

13:02

Anaları koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən körpələr acınacaqlı vəziyyətdədir.

Son.az bildirir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" profilində paylaşım edib.

O bildirib ki, hadisə Şamaxının kəndlərindən birində olub.

Valideynləri xəstə olan uşaqlara qonşular baxıb, yemək versələr də, bu, onları acınacaqlı vəziyyətdə olmaqdan xilas etməyib.

Uşaqların görüntülərini təqdim edirik: