Əlixanın filmi müzakirələrə səbəb oldu


Şou-biznes 16 Yan 2022 13:55:00 155 0

Əlixanın filmi müzakirələrə səbəb oldu

Gənc aktyor Əlixan Rəcəbovun "Sonuncu şam yeməyi" filmi müzakirələrə səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, filmdə saxta mollalardan, o cümlədən dini xüfatlardan bəhs edilməsi inanclı şəxslər tərəfindən birmənalı qarşılanmayıb və ekran işinin İslama qarşı olduğunu bildiriblər. 

Gənc aktyor ona qarşı ittihamlara özünün feysbuk hesabında cavab verib:

"Arzulayıram ki, heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın. Təəssüf ki, "Sonuncu şam yeməyi" filmimiz bir qism həmvətənlərimizin xətrinə dəyib. Onlar məni və filmdə olan başqa insanları dinə lağ etməkdə ittiham edirlər.

Əvvəla film din haqqında yox, xürafat haqqındadır, həm də insan ölümünün dəyərsizliyini göstərir və ya həyatının. Əslində, bizim ilkin məqsədimiz elə məhz bu idi. İnanclı insanların da görməkdən yorulduğu, lakin hər zaman dilə gətirilməyən, xürafatın, mövhumatın, saxtakarlığın din adı ilə təqdim olunmasını, hətta bizə sırınmasını tənqid etmək istəyirdik. 

O ki qaldı filmdə olan bəzi məqamlara, hamımızın bildiyi kimi, indi hazırda da qəbiristanlıqlarda kifayət qədər "Qurani-Kərim"i filmdə göstərilən personajdan da yanlış oxuyan "mollalar"var. Düşünürəm ki, az bir hissəmiz onlara gedib etirazımızı bildiririk. Yaradıcı adam olaraq mən də bu cür etirazımı bildirdim.

Biz filmdə yas prosesini bütövlüklə göstərməli olduğumuza görə şəriətin bizə buyurduğu adətləri də göstərməli idik. Bunu göstərməyimiz qəbul etməməyimizə dəlalət etmir. Ümumiyyətlə, məsələ şəriətin bizə buyurduqlarının hal-hazırda necə icra olunmasından gedir. Biz yalnış icra edənləri göstərib qınayırıq.