Tramp: “Ağ evi geri alacağıq”


Dünya 16 Yan 2022 12:16:00 213 0

Tramp: “Ağ evi geri alacağıq”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarına 2024-cü ildə Ağ evə qayıdacaqlarına söz verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Tramp Arizonada keçirilən mitinqdə deyib: "2024-cü ildə biz Ağ evi geri alacağıq".

Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı məsələsi açıq olaraq qalır, siyasətçi əvvəllər bununla bağlı ünvanlanan suala konkret cavab verməyib.

Bu arada, 2020-ci ildə ABŞ prezidenti postu uğrunda mübarizəni Respublikaçılar Partiyasından irəli sürülən və Donald Trampa məğlub olan Ted Kruz prezidentlik ambisiyalarını açıqlayıb. ABŞ-ın hazırkı prezidenti Co Bayden də öz növbəsində bildirib ki, Trampın iştirak perspektivi yalnız hazırkı prezidentin yenidən namizəd olmaq şansını artırır.