Türkiyədə ağır qəza 15 nəfər xəsarət alıb


Digərləri 16 Yan 2022 10:55:00 137 0

Türkiyədə ağır qəza  15 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Sivasda, Koyulhisar ərazisində baş verib. Belə ki, sərnişin avtobusu yük maşını ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qəzanın qarlı hava şəraitindən baş verdiyi bildirilir.