Saçınız 1 günə yağlanırsa... Dermatoloq ən ucuz reseptləri


Digərləri 16 Yan 2022 08:31:00 117 0

Saçınız 1 günə yağlanırsa...  Dermatoloq ən ucuz reseptləri

Saçların yağlanmasını sadə üsullarla aradan qaldırmaq olar.

Medicina.az xəbər verir ki, paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bunun yolunu açıqlayıb.

"Saçların tez yağlanması çox vaxt problem doğurur, lakin əslində yağlanma saçlarda deyil, baş dərisində baş verir. "Bu, tük folekulları ilə yanaşı yerləşən piy vəzləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində yaranır. Düzgün qulluqla saçları sağlam, elastik və gözəl etmək olar" deyən dermatoloq reseptlər də təqdim edir:

"3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su tökülərək minalanmış qabda ağzı bağlı vəziyyətdə 15 dəqiqə qaynadılır, soyudulur və süzülür, dəmləmə səliqə ilə baş dərisinə sürtülür, 20-30 dəqiqədən sonra yuyulur.