Beyin qan damarlarının tıxanması.


Digərləri 16 Yan 2022 08:15:00 305 0

Beyin qan damarlarının tıxanması.

Qan damarlarının ən yayılmış xəstəliklərdən biri aterosklerozdur.

Bu xroniki xəstəlik zamanı qan damarlarında piyə oxşar maddələr yığılır. Bunun nəticəsində damarların mənfəzi daralır, qan dövranı pozulur. Ateroskleroza uğramış damarlar getdikcə tam tutula bilər ki, bunun nəticəsində infarkt, insult, hər hansı orqanda qanqrena inkişaf edə bilər.

Damarlarda aterosklerozun inkişafı artıq 20 yaşdan sonra başlayır və onun simptomlarını hər bir insan bilməlidir ki, vaxtında lazım olan tədbirlər görsün.

Saglamolun.az bildirir ki, beyin damarlarının tıxanması özünü bu kimi simptomlarla büruzə verir:

- tez-tez təkrarlanan baş ağrıları

- qulaqlarda küy

- qısamüddətli yaddaşın pozulması