Ev heyvanlarını qısırlaşdırmaq olar?


Digərləri 15 Yan 2022 23:10:00 130 0

Ev heyvanlarını qısırlaşdırmaq olar?

Əgər bunun heyvanlara heç bir faydası yoxdursa, əksinə, zərəri varsa, onları qısırlaşdırmaq olmaz. Lakin evdə saxlanan pişik və digər heyvanlar məsələsində vəziyyət başqa cürdür. Bu cür heyvanlar saxlandıqları mühitin xaricindəki heyvanlarla bir araya gəldikləri vaxt müxtəlif xəstəliklərə tutulur və bu xəstəliklərin ucbatından çox yaşamırlar. Amma belə bir fikir var ki, bu məsələnin qısırlaşdırma əməliyyatı kimi həll yolları həmin heyvanlara zərərdən çox xeyir verir. Hətta belə deyilir ki, bu, onların ömrünü uzadır. Belə çıxır ki, bur cür heyvanları onlara gələn zərərdən uzalaşdırmaq və fayda vermək prinsipinə əsasən qısırlaşdırma əməliyyatı aparmaq caiz olmalıdır.