Quranın zikr olması


Digərləri 15 Yan 2022 22:40:00 123 0

Quranın zikr olması

Zikr başa yerləşdirilib istifadə üçün hazır saxlanan məlumatdır. Onu ağla və dilə gətirməyə zikr deyilir (Rağib Əl-İsfahani, Müfrədat, ذ كر bəndi).

Başlara yerləşdirilib istifadəyə hazır vəziyyətdə saxlanan əsl məlumat Allahın kitabında olandır. Buna görə də ilahi kitabların ümumi adı elə zikrdir. Allah buyurur:

أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

"Bilin ki, qəlblər Allahı zikr etməklə aram olub rahatlıq tapar" (Rəd, 13/28).

Bunlar Allahın nazil etdiyi kitablardır. Bununla yanaşı, Allahın yaratdığı kitab, yəni, varlıqlar aləmi var. Orada müşahidə olunan şeylər də bir ayədir. Quranda bu barədə belə deyilir:

سَنُرِيهِمْ آَيَاتِنَا فِي الْآَفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ

"Biz ayələrimizi onlara həm ətraflarında, həm də öz daxillərində göstərəcəyik. Nəhayət, onun həqiqət olduğunu yaxşıca başa düşəcəklər" (Fussilət, 41/53).