Aspirin, kardiomaqnil koronavirusdan qoruyurmu?


Digərləri 15 Yan 2022 20:35:00 177 0

Aspirin, kardiomaqnil koronavirusdan qoruyurmu?

Pandemiya ərəfəsində infeksiyaya yoluxmamaq üçün müalicə zamanı və ya peyvənddən sonra qandurulducu dərmanların ümumi istifadəsi kütləvi hal aldı.

Son.az medicina.az-a istinadən bildirir ki, türkiyəli ürək cərrahı Barış Caynak insanların qandurulduculara qoruyucu kimi baxmasına münasibət bildirib.

"Əgər siz koronavirusa yoluxmusunuzsa aspirin istifadə etməyiniz tövsiyə edilir, ancaq həkiminiz lazım gəldiyi təqdirdə qan durulaşdırıcı dərmanlar məsləhət görə bilər. Bu, xəstəlik vəziyyətinizin nə qədər ağırlaşmasından asılıdır.

Bununla belə, qandurulducular sizi xəstəlikdən qorumur. Həm peyvənddən sonra əlavə faydaları da yoxdur.