“Finlandiya və İsveç dərhal NATOnun üzvü ola bilər”


Dünya 15 Yan 2022 19:53:00 155 0

“Finlandiya və İsveç dərhal NATOnun üzvü ola bilər”

"Finlandiya və İsveç NATO-ya üzvülüklə bağlı müraciət etdikdən bir gün sonra Alyansa qəbul olunar. Bu məsələ Ukraynaya edilən hücumdan sonra müzakirə edilə bilər".

Son.az "Report"a istinadən bildirir ki, bunu NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen bəyan edib.

"Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə (təşkilata -red.) dərhal qərar verə bilərik. Siz ertəsi gün üzv ola biləcəksiniz, çünki bütün lazımi üzvlük meyarlarına cavab verirsiniz", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, Rusiya NATO rəsmiləri ilə danışıqlarda Avropadan Alyansın genişlənməsinə veto qoymağı tələb edib.