Yaponiyada sunami xəbərdarlığı


Dünya 15 Yan 2022 19:56:00 139 0

Yaponiyada sunami xəbərdarlığı

Yaponiyada sunami xəbərdarlığı verilib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, sunaminin hündürlüyü 3 metrə çata bilər. Bildirilib ki, hündürlüyü 1 metrə çatan dalğalar Yaponiyanın bütün Sakit okean sahillərini su altında qoyacaq.

Bundan əlavə, hündürlüyü 0,2 metrə çatan sunami Tokio körfəzini vura bilər.