Bəzi istehsalçılar çörəyi 90 qəpiyə satır


Digərləri 15 Yan 2022 19:08:00 88 0

Bəzi istehsalçılar çörəyi 90 qəpiyə satır

Məlum olduğu kimi un və çörək tədarükçüləri dünya bazarında ərzaq buğdasının bahalaşması, Rusiyanın buğdaya yüksək ixrac rüsumu tətbiq etməsini əsas gətirərək yeni ilin ilk günlərindən un və çörəyin qiymətini artırdılar. Bunun ardınca İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayaraq un və çörəyin satış qiymətinin nəzarətə götürüldüyünü, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddinin razılaşdırıldığını açıqladı. Dövlət xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirəcəyi ilə bağlı xəbərdarlıq da etdi.

Bu xəbəri də oxu: BMW Çində 3cü zavodunu açıb

Son.az virtualaz.org-a istinadən bildirir ki, lakin şəhərin müxtəlif istiqamətlərindəki marketlərdə aparılan müşahidələr göstərir ki, ənənəvi "zavod çörəyi" istisna olmaqla digər növ çörək və un məmulatları 50 faizədək bahalaşıb. Məsələn, "Çörəkçi" zavodunun 400 qramlıq, doğranmış "Zirəli çörəyi"nin qiyməti son bir neçə gündə 50 faizədək artıb. Marketlərdə son 15 günədək 60 qəpikdən satılan təndir çörəyi hazırda 1 manata, 60 qəpiklik "ləzgi çörəyi" 90 qəpiyə təklif edilir.

Həmçinin "kərpic çörək", pəhriz çörəyi, kəpəkli çörək, tam buğda çörəyi, tam çovdar çörəyi çəkisindən və qablaşdırılmasından asılı olaraq 20-40 qəpik arası bahalaşıb. Hansı ki, əhalinin ən azı yarısı belə çörəklərə üstünlük verir. Satıcılar da etiraf edirlər ki, son bir neçə ildə pəhriz və ya qara undan hazırlanan çörəklərə təlabat çoxdur.  

Alıcılar isə deyiblər ki, məsələn, 1 manat 60 qəpiyə aldıqları mayasız çörək xeyli "yüngülləşib". Hərçənd ki, satıcılar çörəklərin tərəzidə çəkilməsinə razı olmayıblar.

"Yalnız dairəvi "zavod çörəyi"nin qiyməti ilə bağlı açıqlama verildi. Halbuki digər un məmulatları da daxil olmaqla bütün növ çörəklər bahalaşıb", - alıcılardan biri deyib.

Bahalaşmadan əvvəl

Qeyd edək ki, çörək istehlakına görə Azərbaycan adambaşına dünyada bu göstəricinin ən çox olan ölkələrdən biridir, son statistikaya görə, Azərbaycan vətəndaşı ildə təxminən 130 kiloqram çörək istehlak edir.

Məlumdur ki, Azərbaycanda çörəyin qiymətini Tarif Şurası müəyyən etmir, dünya bazarında buğdanın və unun qiyməti, eləcə də tələb və təklif əsasında formalaşır. Lakin unun kiloqramının 20 qəpik bahalaşması, yaxud xərclərin artması çörəyin birdən-birə  50 faizədək bahalaşmasına səbəb ola bilməz.

"Zirəli çörəyi" və digər çörək növlərini bahalaşdıran "Çörəkçi" şirkətindən bir çörəyin neçəyə başa gəldiyini, mağazalara neçəyə satıldığını açıqlamaq istəmədilər. Şirkətin telefonlarını cavablandıran əməkdaş bildirib ki, onlara bu barədə KİV-lərə məlumat verilməməsi tapşırılıb. Zəng vuranlara təklif və ya şikayətlərin elektron poçt vasitəsi ilə göndərilməsini söyləməklə kifayətlənirlər.

"Təəssüf ki, sizi heç kimlə əlaqələndirə bilmərik. Bizə belə tapşırıq verilib" - şirkət əməkdaşı deyib. Halbuki şirkət son bir ayadək ən azı qiymətlərlə bağlı sualları cavablandırıb.

"Nömrə 1" brendi altında çörək istehsal edən eyni adlı şirkətdən isə deyiblər ki, yazılı formada ünvanlanan sualları cavablandıra bilərlər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə deyiblər ki, məsələ ilə bağlı araşdırma apardıqdan sonra açıqlama verəcəklər.

Omikrona qarşı burun spreyi hazırlanıb: Virusu like
  • 15 Yan 19:05  
Digərləri Omikrona qarşı burun spreyi hazırlanıb: Virusu

Yeni burun spreyi yüksək risk qrupuna daxil olan xəstələrdə immuniteti qı

arrow Ətraflı
Diz ağrıları zamanı faydalı olan like
  • 15 Yan 19:01  
Digərləri Diz ağrıları zamanı faydalı olan

Diz ağrılarının qarşısının alınmasında artıq çəkidən azad olmaq v

arrow Ətraflı
İkirəngli yumşaq bulka  VİDEO like
  • 15 Yan 18:57  
Digərləri İkirəngli yumşaq bulka VİDEO

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

arrow Ətraflı
Acun Ilıcalının qızları qəzaya düşdü like
  • 15 Yan 18:51  
Dünya Acun Ilıcalının qızları qəzaya düşdü

Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalının

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 15 Yan 18:45  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları instaqram sosi

arrow Ətraflı
"Univesiteti bitirə bilməyənlər aparıcı olmaq istəyir" like
  • 15 Yan 18:15  
Şou-biznes "Univesiteti bitirə bilməyənlər aparıcı olmaq istəyir"

"Son illərdə peşəkar, doğru-düzgün, səlis, efirdə davamlı qala bi

arrow Ətraflı
Bakıda güclü külək fəsadlar törətdi like
  • 15 Yan 18:09  
Digərləri Bakıda güclü külək fəsadlar törətdi

Ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ə

arrow Ətraflı
Bu şəhərdə güclü qasırğaya görə fövqəladə vəziyyət elan edildi like
  • 15 Yan 18:07  
Dünya Bu şəhərdə güclü qasırğaya görə fövqəladə vəziyyət elan edildi

Güclü qasırğa səbəbindən Stavropolda fövqəladə vəziyyət elan edilib.

arrow Ətraflı
Bağçada döyülən uşağın atası: “Ərkyana vurmaq istəyib, bərk alınıb” like
  • 15 Yan 18:03  
Digərləri Bağçada döyülən uşağın atası: “Ərkyana vurmaq istəyib, bərk alınıb”

İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçinin

arrow Ətraflı
Azərbaycanda bütün məhkumlar vaksin edilib like
  • 15 Yan 17:52  
Digərləri Azərbaycanda bütün məhkumlar vaksin edilib

Ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün

arrow Ətraflı
Murad Boz indi də onunla sevgilidir? like
  • 15 Yan 17:45  
Şou-biznes Murad Boz indi də onunla sevgilidir?

Müğənni Murad Bozla bağlı yeni iddia ortaya atılıb.

arrow Ətraflı
Fermadan malqara oğurlayanlar saxlanılıb like
  • 15 Yan 17:37  
Digərləri Fermadan malqara oğurlayanlar saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əm

arrow Ətraflı
Rəqsanənin müğənni qızı xəsarət aldı like
  • 15 Yan 17:30  
Şou-biznes Rəqsanənin müğənni qızı xəsarət aldı

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın qolu çıxı

arrow Ətraflı
O qədər fotoşop etdi ki, dolabı əydi like
  • 15 Yan 17:22  
Şou-biznes O qədər fotoşop etdi ki, dolabı əydi

Türkiyəli aktrisa Merve Boluğur sosial şəbəkədə yeni fotosunu paylaşıb

arrow Ətraflı
“Ad günün mübarək, mənim sevgim” like
  • 15 Yan 17:15  
Şou-biznes “Ad günün mübarək, mənim sevgim”

Müğənni Sevda Yahyayeva həkim əri Zakir Bayramovu ad günü münasibətilə

arrow Ətraflı