Xüsusi xidmət orqanları Azərbaycan qazını alan şirkətdə
Digərləri 15 Yan 2022 19:13:00 72 0
Bolqarıstanın xüsusi xidmət orqanları və polisi Azərbaycanın "Şahdəniz" yatağından ildə 1 milyard kubmetr qaz almaq öhdəliyi götürmüş "Bulgargaz" dövlət şirkətində yoxlamalar aparır.
Bu xəbəri də oxu: Sanksiyalar Belarusun ixracını 1618 milyard dollar
Son.az virtualaz.org-a istinadən bildirir ki, yoxlamanı Dövlət Milli Təhlükəsizlik Agentliyi (SANS) və Baş polis idarəsi həyata keçirir. Şirkət özü də yaydığı press-relizdə yoxlama aparıldığını təsdiqləyib.
"Bolqarıstanın qaz bazarı üçün strateji əhəmiyyət daşıyan dövlət qaz təchizatçısı olaraq "Bulgargaz" müntəzəm olaraq səlahiyyətli orqanlar tərəfindən yoxlamalara məruz qalır və bu normaldır", - şirkətin yaydığı press-relizdə bildirilir. Məlumatda deyilir ki, "Bulgargaz" komandası yoxlamalara tam dəstək verir və indiki yoxlamaları təbii qaz təchizatındakı qiymətlərlə bağlı son zamanlar yaranmış bir sıra suallara aydınlıq gətirilməsi baxımından yaxşı imkan hesab edir.
Bu yoxlamaların konkret hansı məsələ ilə bağlı olduğu açıqlanmır, amma bu günlərdə Bolqarıstan parlamentində dinləmələr zamanı maliyyə naziri Asen Vasilyev bildirib ki, "Bulgargaz" şirkəti "Çiren" yeraltı qaz anbarından daha aşağı qiymətə aldığı qazı daxili bazarda ucuz satmaqdansa onu daha baha qiymətə Rumıniyaya ötürür. Nazir bu məsələnin araşdırıldığını deyib. "Bulgargaz" şirkətinin icraçı direktoru Nikolay Pavlov isə ittihamları rədd edib, deyib ki, qiymətin formalaşmasında istehlakçıların tələbi əsas götürülür. O cümlədən qaz paylayıcı şirkətlərin, istilik təchizatı şirkətlərinin və sənaye istehlakçılarının da qiymətin formalaşmasına təsiri var.
Pavlov deyib ki, "Bulgargaz" həm "Chiren" qaz anbarından aldığı qazı, həm Rusiya qazını Bolqarıstana nəql edən kəmər vasitəsilə aldığı Azərbaycan qazını (1 milyard kubmetrin təxminən üçdə biri) qarışdırır və bazara çıxarır.
Həyat yoldaşını və onun bacısını bıçaqlamaqda ittiham olunan Şəmkir

Ağ evin rəsmi nümayəndəsi Ceyn Psaki bəyan edib ki, Birləşmiş Ştatlar

Məlum olduğu kimi un və çörək tədarükçüləri dünya bazarında ərzaq

Yeni burun spreyi yüksək risk qrupuna daxil olan xəstələrdə immuniteti qı

Diz ağrılarının qarşısının alınmasında artıq çəkidən azad olmaq v

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalının

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları instaqram sosi

"Son illərdə peşəkar, doğru-düzgün, səlis, efirdə davamlı qala bi

Ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ə

Güclü qasırğa səbəbindən Stavropolda fövqəladə vəziyyət elan edilib.

İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçinin

Ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün
