Bakıda telefon və velosiped oğurluqları edən şəxslər tutulub
Digərləri 15 Yan 2022 17:07:00 90 0
Paytaxt ərazisində yerləşən mağazalardan birində işləyən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət edərək obyektə müştəri kimi gələn bir nəfərin kassanın yanında ona məxsus 2 ədəd mobil telefonu oğurladığını bildirib.
Bu xəbəri də oxu: Günün qoroskopu: İlkin məlumatlara dərhal inanmayın, yoxlayın
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ümüdbəy Babayev qısa zamanda saxlanılıb. Araşdırma zamanı onun paytaxtın Yasamal, Nərimanov və digər rayonlarında da eyni üsulla, yəni mağazalara müştəri kimi daxil olub satıcının başının qarışmasından istifadə edərək kassadan pul və mobil telefonlar oğurladığı müəyyən edilib. Ümüdbəy Babayevin bu üsulla paytaxt ərazisində 10-dan mağazadan oğurluq etdiyi məlum olub. Onun bəzi mağazalardan oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı binaların dəhlizlərində olan velosipedləri oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Kənan Məmmədov tutulub. Onun Səbail rayonunda bir nəfərin dəyəri 1200 manat olan velosipedini oğurladığı sübuta yetirilib. Kənan Məmmədovun da etdiyi oğurluq kameralar vasitəsi ilə lentə alınıb. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı hər iki şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Ümüdbəy Babayev və Kənan Məmmədovun paytaxt ərazisində digər analoji cinayətər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq qəbul edilmiş birgə bəyan

Narkotik maddə istifadəçisi olduğu deyilən 11 yaşlı uşaqla bağlı məl

Dünən "Səs Azərbaycan" vokal yarışmasının ¼ final mərhələs

Ukraynada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 10 569 nəfər

Qaz sayğaclarının sıfırlanması ilə bağlı konkret tarix yoxdur. Amma pro

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə dü

Ötən gün təməlqoyma mərasimi keçirilən "Xızı-Abşeron" Kül

Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla birlikdə Naxçıva

Bəzi sərnişinlər nağdsız qaydada ödəniş edərək taksi sifariş verdikl

Əməkdar artist Elza Seyidcahan bir neçə gündür müzakirə olunan açıqlam

Uşaq bağçalarında kameraların olmaması valideynləri narahat edir. Belə h

Türkiyəli Şevket və Tugay Sahtiyan qardaşlarının "Tofaş" sevgi

"İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçıl

Sosial şəbəkələrdə Böyük Britaniyanın Baş naziri Boris Consonun rəqs
