Acınacaqlı vəziyyətdəki 11 yaşlı uşaq dispanserə yerləşdirildi


Digərləri 15 Yan 2022 16:57:00 117 0

Acınacaqlı vəziyyətdəki 11 yaşlı uşaq dispanserə yerləşdirildi

Narkotik maddə istifadəçisi olduğu deyilən 11 yaşlı uşaqla bağlı məlumat vermişdik. Həmin uşaq bu gün Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların Profilaktik İşinin Təşkili Şöbəsinin əməkdaşları, eləcə də Yasamal rayon 27-ci bölmənin əməkdaşlarının səyi nəticəsində Səhiyyə Nazirliyinin tabeçiliyində olan 1 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirilib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, K.Ağazadə betonun üzərində yatan 11 yaşlı R-nın narkotik asılılıqdan psixi xəstəyə çevrildiyini demişdi.