Ermənistanda COVID19dan ölənlərin sayı 8 mini ötüb


Dünya 15 Yan 2022 15:00:00 276 0

Ermənistanda COVID19dan ölənlərin sayı 8 mini ötüb

Ermənistanda son sutkada koronavirusa (COVID-19) 293 yeni yoluxma qeydə alınıb.

Ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 347 377-yə çatıb.

Son sutka ərzində infeksiyadan 3 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 8 018 nəfərə yüksəlib.